“Qurd”: “Bacanağım şahmatçı Şəhriyar Məmmədyarov daxılımıza 200 manat atıb” - VİDEO

Hazırda oxunan: “Qurd”: “Bacanağım şahmatçı Şəhriyar Məmmədyarov daxılımıza 200 manat atıb” - VİDEO

134268

“Səhər mərkəzi” verilişinin çəkiliş heyyəti “Qurd” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun evində qonaq olub. 

Bizim.Media xəbər verir ki, pianoçu həyat yoldaşı Leyla Namazzadənin işdə olduğunu bildirən sənətçi ötən il dünyaya gələn qızı Suğraya necə baxdığı haqqında danışıb. 

“Bu gün evdə ikimizik -  mən və qızım Suğra. Xanımım Leyla pianino müəlliməsidir. Hazırda işdədir. Qızım 10 aylıqdır. İki aydan sonra bir yaşı olacaq. Oğlan övladlarımdan Rəsulun 13, Muradın isə 7 yaşı var. Böyük oğlum basketbol ilə məşğul olur.
Onu yığma komandalara çağırırlar. Kiçik oğlum isə hələ birinci sinifdədir. Həyat addımlarını yenicə atır. Rəsul ilə Murad bacıları Suğranı çox istəyirlər. Tez-tez bizə gəlib, bacıları ilə oynayırlar”, - deyə musiqiçi vurğulayıb. 

"Qurd" evlərində olan daxıldan söz açıb. Repçi bildirib ki, ora ən çox pul atan bacanağı dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarov olub: 

“Xırda pulları daxıla atırıq. Üç-dörd aydan sonra isə açıb içində yığılan pulları götürüb, harasa gəzməyə gedirik. Daxılımızın içindən ən çox 900 manat pul çıxıb. O pul isə altı-yeddi aya yığılıb. Daxılımıza ən çox pul atan isə bacanağım dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarov olub. Ora 200 manat pul atıb. 

Qeyd edək ki, cütlük ötən ilin iyulunda valideyn olub. Onların qız övladı dünyaya gəlib. Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. 

Fəridin isə bu, ikinci evliliyidir. Belə ki, repçi 7 ilə yaxındır ki, ilk həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin