"Formula-1"dəki konsertimə bir ay müddətində hazırlıq məşqləri etdim. Rəqqaslarımız Ukraynadan gəlmişdi. Rəqsləri hazırladılar, sonra Bakıya gəldilər. Səkkiz rəqqas, bir xoreoqraf idi. Üç gün ərzində rəqslərin hamısını öyrəndim. Dörd gün bütün konsert proqramının gedişatı ilə bağlı əlavə məşqlər etdik. İlahə xanımın sayəsində konsert uğurlu keçdi".
Bizim.Media xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçimiz Səmra Rəhimli media nümayəndələri ilə keçirilən mətbuat konfransında deyib.
“Formula 1 Azərbaycan Qran Prisi 2023” yarışı çərçivəsində konsert proqramı ilə çıxış edən ifaçı bildirib ki, həmkarlarından fərqli olaraq səhnədə heç bir həyacan keçirmir:
"Səhnəyə çıxanda heç zaman həyacanlanmıram. Nə "Avroviziya", nə dəki "Formula-1"in səhnəsində həyacan keçirmədim. Səhnədə özümü öz qabımda hiss edirəm. Buna öz güvən deyim. Yerimə anam daha çox həyacan keçirirdi. Səhnə öncəsi anam yanıma yaxınlaşdı. Ona dedim ki, indi ağlayacaqsan, keç bu tərəfə... Yoxsa səhnə öncəsi emosional hisslər keçirəcəyəm".
Müğənni konsertində geyindiyi açıq-saçıq və transparan səhnə geyimlərindən də söz açıb:
"Geyimimi bəyənənlər də oldu, tənqid edənlər də. Çalışdıq ki, geyimlərdə xarici ulduzlardan geri qalmayaq. Səhnə geyimlərimin hamısı anama məxsusdur və onun ideyasıdır. Bilirsiniz ki, tənqidlərə heç zaman reaksiya vermirəm. Tənqid eləsinlər. Bilirsiniz ki, Kristina Agilera, Kardi Bi, Kris Braun və Tarkan kimi məşhurların Bakıda illər əvvəl keçirilən "Formula - 1"dəki çıxışlarını izləmişəm. Düşündüm ki, mən də o səviyyədə səhnə şousu göstərməliyəm. Bunun üçün isə öz qarşımda böyük məsuliyyət hissi var idi. Öz-özümə dedim ki, aşağı nəticə göstərməməliyəm".
Səmra yarışdakı konsertindən aldığı qonorarını açıqlamaqdan boyun qaçırıb:
"Qonorar məsələsi haqda danışa bilməyəcəyəm. Mənim yerimdə hər kəs olmaq istərdi. Bütün potensialımı səhnədə nümayiş etdirdim".
Anası İlahə xanım isə bu mövzu ilə bağlı fikirlərini bu sözlərlə ifadə edib:
"Bu işə qol qoyanda qonorar haqqında düşünmədik. Dəvət edəndə bu işığı qızım Səmrada görüblərsə, böyük məsuliyyətdir. Səmranın orada olması və səhnədə o cür yüksək perfomans sərgiləməsi təqdirə layiq idi. Geyimlərə gəldikdə isə müəyyən səbəblərə görə bir neçə dəfə dəyişməli olduq. Çox az zamanımız vardı. Həm rəqqasların libaslarını, həm də Səmranın libaslarının müəllifi özüməm. Libasların rəngləri yarışın rəngləri ilə uyğun idi. Hətta işıq və dekorasiya rəngləri ilə də...".
Valideyni İlahə xanımla münasibətlərindən bəhs edən ifaçı ondan hər zaman dəstək aldığını dilə gətirib:
"Anam mənə uşaqlıqdan dəstəkdir. Valideyn övladına dəstək olanda özünü daha güclü hiss edirsən. Hər zaman mənə arxa-dayaqdır. Məktəbdə də nəsə olanda deyirdim ki, "Sizə nə var, anam bilir". O, mənə hər zaman güc verib. Anama güvənirəm. Əminəm ki, mənə nə yalan danışa bilər, xeyri üçün keyfiyyətsiz iş görməz. Mənim daha uğurlu olmam üçün əlindən gələni edir. Başqa bir insanla çalışsaydım, öz mənafeyini güdəcəkdi. Şəxsi həyatım haqda deyil, karyeram barədə düşünürəm".
Səmra özəl olaraq redaksiyamızın əməkdaşı ilə söhbətində onu konsert öncəsi dəstəkləyən sənətçilərin adlarını da açıqlayıb:
"Xalq artisti Röya Ayxan konsertdən əvvəl mənə xəbər göndərdi ki, Səmraya yalnız uğur arzu edirəm. Səhnəyə çıxıb, oraları şousu ilə partlatsın. Haqqımda çox gözəl sözlər dedi. Onun bu sözləri mənə çox motivasiya verdi. Həmkarım Mehin Hümbətova da mənə dəstək oldu. Konsertdən sonra isə anama bir çox həmkarlarım və sənət dostlarım yazıb, təbriklərini ünvanladılar. Konsertdə əlimdən gələni edəcəyimə 100 faiz əmin idim. Bunun üçün isə gecəmizi gündüzümüzə qatmışdıq. Amma bu qədər ajiotajı açığı deyim heç gözləmirdim. Bu dünyaya ulduz kimi gəlmişəm. Niyə birdən-birə eyforiyaya düşüm ki?... Necə varamsa eləyəm. Nəyə layiq olduğumu çox gözəl bilirəm. Heç vaxt hansısa tərif və ta tənqiddən yolumu çaşan insan deyiləm. Özgüvənli insanam. Heç nə məni öz yolumdan çəkindirə bilməz".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:56 / 03.05.2023
Səmra Rəhimli: "Tərif və tənqiddən yolumu çaşan insan deyiləm" - ÖZƏL
Hazırda oxunan: Səmra Rəhimli: "Tərif və tənqiddən yolumu çaşan insan deyiləm" - ÖZƏL
Hazırda oxunan: Səmra Rəhimli: "Tərif və tənqiddən yolumu çaşan insan deyiləm" - ÖZƏL
134159
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.