Dilarə: “Anam deyir ki, kaş Oqtayın yerinə mən ölərdim” - VİDEO

Hazırda oxunan: Dilarə: “Anam deyir ki, kaş Oqtayın yerinə mən ölərdim” - VİDEO

134071

 “Oqtay əgər bir insanı sevirdisə, sona kimi yanında olurdu. Hara gedirdisə, ora əli dolu gedirdi. Özü ilə yeyib-içmək aparırdı. Hamıya bir ata, qardaş qayğısı göstərirdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu “Söhbət var” verilişində deyib. 

Həyat yoldaşı, Əməkdar mədəniyyət işçısı, “Soy – production”un rəhbəri mərhum Oqtay Əliyevdən söz açan sənətçi bildirib ki, ailəsi bu itki ilə hələ də barışa bilmir:

“Qardaşım, ailəm özünə yer tapa bilmir. Hətta anam belə bir söz dedi ki, kaş mən ölərdim, Oqtaya bir şey olmazdı. Həmin sözü mən də deyirəm. Kaş mən ölərdim, təki Oqtaya heç nə olmazdı. Oqtay yaşamağa layiq idi. Oqtay bu həyata, insanlara, ailəyə, dosta, ataya, anaya, qardaşa sözün əsl mənasında faydalı insan idi. O qədərlər, o qədər var ki,... Bilmirəm hansını deyim”. 

Qeyd edək ki, O.Əliyev 22 mart tarixində axşam saat 18:00 radələrində avtomobil qəzasında dünyasını dəyişib.

Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almasa da, M.Zəki aldığı ciddi bədən xəsarətlərindən bir müddət xəstəxanada müalicə alıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin