Aftandil İsrafilovun qızı: “Atam bir aydan çoxdur huşsuz vəziyyətdə olub” - FOTO

Hazırda oxunan: Aftandil İsrafilovun qızı: “Atam bir aydan çoxdur huşsuz vəziyyətdə olub” - FOTO

133550

"Atam Aftandil müəllimin səhhətində, xüsusi ilə ağciyərlərində və böyrəklərində çox ciddi problemlər vardı. Ürək də bunlara dözmədi. Atam ötən gün səhər saat 09:55-də dünyasını dəyişdi".

Bu sözləri ötən gün müalicə aldığı Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında 82 yaşında vəfat edən Xalq artisti Aftandil İsrafilovun qızı Həcər xanım Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Qarmon ustadının qızı valideyinin son sözlərini belə dilə gətirib:

"Atam reanimasiyaya yerləşdiriləndə yalnız ümumilli lider Heydər Əliyev haqqında danışırdı. Atam durmadan liderin ona verdiyi dəyər və qiymətdən danışırdı. Özünüz də görürsünüz, atamla vida məhz Heydər Əliyev məscidində keçirilir. O, Heydər Əliyevin ilində (Bu il Heydər Əliyevin 100 illik yübileyi ilə əlaqədar ölkədə liderin ili kimi qeyd olunur - red.) dünyasını dəyişdi".

Həcər xanımın sözlərinə görə, bir aydan çoxdur reanimasiyada olan atası huşsuz vəziyyətdə olub:

"Aftandil müəllim hər gün bizə övladlarına məsləhətlər verirdi. Gedəndə də xəstəxanaya söylədi ki, Allah verib, Allah da götürəcək məni. Atam bizimlə çix ağır xəstə də olsa ünsiyyətini bizimlə kəsmirdi. Bir ay reanimasiyada huşsuz vəziyyətdə idi. Amma mən və bacım gəlirdik, onunla danışırdıq. Ümid edirdik ki, o, bizi eşidir. Anamı qoymurdum yanına. Amma bir dəfə anamı gətirdim atamın yanına reanimasiyaya. Anam və atam sonuncu dəfə bir-birilərini gördülər. Sağollaşdı və getdi... Biz Aftandil müəllimi ititmədik Atam Allaha və o dünyasına qovuşdu".

Xalq artistinin qızı atasının dəfninin ölkə başçısının göstərişi ilə İkinci Fəxri Xiyabanda olacağını diqqətə çatdırıb:

"Ölkə başçısı Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva göstərişi ilə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov mənimlə əlaqə saxladı və qərarlaşdırdılar ki, atam Qurd Qapısı qəbiristanlığında deyil, 2-ci Fəxri Xiyabanda torpağa tapşırılacaq. Atama göstərdikləri bu dəyərə və qiymətə görə ailəmizin adından prezidentimizə və Birinci xanıma dərin minnətdarlığımızı bildiririk".

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin