Azərbaycanlı iş xanımı Diana Əhədpur ötən gün İstanbulda dəbdəbəli məkanların birində özünə təmtəraqlı doğum günü məclisi qurub.
Bizim.Media xəbər verir ki, yaxın dostlarının əhatəsində ad gününü qeyd edən Diananın özəl gecəsinin musiqili qonaqları Türkiyənin məşhur ulduzları Dəniz Seki və Şimal olub.
Onlar hit ifaları ilə məclisi və qonaqları coşdurublar. Gecədə Diana Əhədpur hədiyyə yağışına tutulub.
Ən yaddaqalan hədiyyə isə Diana Əhədpurun 924 karatlıq qızıldan hazırlanmış portreti olub.
Həmim əsərin qiyməti isə 30-50 min manat məbləğində qiymətləndirilir.
Sənət əsəri azərbaycanlı rəssam Elnur Mahmudova məxsusdur.
Rəşad Əliyev, Bizim.Media