Ailəsindən doğum günü təbrikini almayan Mənzurə efirdə AĞLADI - VİDEO

Hazırda oxunan: Ailəsindən doğum günü təbrikini almayan Mənzurə efirdə AĞLADI - VİDEO

133447

Müğənni Mənzurə Musayeva canlı efirdə kövrələrək, göz yaşlarına boğulub.  

Bizim.Media xəbər verir ki, doğum gününü “Zaurla günaydın” səhər şousunda qeyd edən sənətçi ailəsindən təbrik almadığı üçün üzülərək, ağlayıb.  

Sənətçi bacı və qardaşından doğum günü təbrikini nəinki umduğunu, hətta tələb etdiyini bildirib:   

“Zaur, Günay doğum günümü ilk siz təbrik etdiniz (ağlayır). Heç kimdən heç nə istəmirəm. Allah mənə hər şey verib. Dünyaya gəldiyimə çox sevinirəm. Allahım məni heç kimə möhtac etməyib. Sadəcə “uman yerdən küsərlər”. Nələrsə umursan... Ailə sənə qarşı laqeyd olanda... Hərdən sual verirlər ki, etdiyin şeyi niyə deyirsən? Bəs yaxşı, mən nə gözləyim? İldə bir dəfə ad günüm olur, nə gözləməliyəm ki? Elə məqamlar var ki, insana təsir edir. Heç kim məni qınamasın. Bəli, 25 -30 il bu sənətə canımı qoymuşam və hamının (ailəsini nəzərdə tutur – red.) əziyyətini çəkmişəm. Niyə də onlardan doğum günü təbriki gözləməyim? Bəlkə mən səhv düşünürəm?

Bacı, qardaşımdan umub, gözləyirəm. Saxladığım qızımdan (övladlığa qardaşı qızını götürüb – red.) umuram. O mənə hər zaman diqqətli olub. Sadəcə qızım və onun həyat yoldaşı işləri ilə əlaqədar efirə çıxmaq istəmirlər. Onları başa düşürəm, doğru da edirlər. Əksinə əvvəllər onların bu cür davranışı mənim pisimə gəlirdi, indi isə alqışlayıram. Nə yaxşı ki, bu tərbiyənin sahibidirlər. Amma can yandırıb, illərlə yaxşılıq elədiklərim var...Məsələn, qızım məktəbi bitirib, hazırlığa gedib. Bunlara görə pul xərcləməmişəm. O, “Qafqaz” universitetini öz biliyi və ağlı ilə bitirib. Tələbələr dörd il oxuduğu halda, qızım ağlına görə, üç ilə ali təhsilini başa vurub. Ondan mən “yerlə göy” qədər razıyam. Bacımdan və qardaşımdan tələb edirəm ki, ildə bir dəfə ad günümü və bayramlarımı təbrik etsinlər. Onların mənə borclarıdır. Ətrafımın mənə sevgisini istəyirəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin