Xəbər verdiyimiz kimi, Xalq artisti 82 yaşlı Aftandil İrafilov vəfat edib.
Qarmon ustadının qardaşı qızı Nəzrin xanım Bizim.Media-ya açıqlamasında bildirib ki, sənətkar bu gün səhər saatlarında dünyasını dəyişib:
“Aftandil müəllim səhər saat 10:00 radələrində müalicə aldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Hospitalında vəfat etdi. Əmimin ürəyi dayanıb, problem onun böyrəklərində idi. Çünki Aftandil müəllim uzun zaman idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. Ailəmiz üçün çox böyük itkidir. Allah rəhmət eləsin”.
Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına yerləşdirilmişdi. Daha sonra evə buraxılan Xalq artisti dekabrda yenidən vəziyyəti ağırlaşdığına görə eyni hospitala müalicəyə aparılmışdı. A.İsrafilov uzun müddət orada müalicə aldıqdan sonra yenidən evə buraxılmışdı. Mart ayının 26-da isə Xalq artisti A.İsrafilovun səhhəti yenidən pisləşdiyi üçün o, təkrar sözügedən tibb mərkəzinə yerləşdirilmişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:11 / 29.04.2023
Xalq artisti Aftandil İsrafilovun ölüm səbəbi AÇIQLANDI - EKSKLÜZİV
Hazırda oxunan: Xalq artisti Aftandil İsrafilovun ölüm səbəbi AÇIQLANDI - EKSKLÜZİV
Hazırda oxunan: Xalq artisti Aftandil İsrafilovun ölüm səbəbi AÇIQLANDI - EKSKLÜZİV
133428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.