Roza: “Başıma çadra bağlayıb gəzməliyəm?” - VİDEO

Hazırda oxunan: Roza: “Başıma çadra bağlayıb gəzməliyəm?” - VİDEO

133276

“Özüm şou-biznesdən olan kişi ilə ailə quraram, bu aləmdən evimə gəlin də gətirərəm, qızımı da ərə verərəm. Çünki özüm də bu cameədənəm. Bu sahədən yaxşı sahə yoxdur. Məni danışmağa vadar etməyin”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “MTV maqazin” verilişinə müsahibəsində deyib.  

Sənətçi sosial şəbəkədə onun açıq-saçıq geyimini qınayan izləyicilərə sərt şəkildə cavab verib:

“Hər bir sahədə çalışanın yaxşısı da, pisi də var. Şou-biznesdəki ailələr tərbiyəlidir. Çünki biz cəmiyyət qınağından qorxuruq və hər şeyi gizli edirik. Qəlyan çəkmirik, hər şeydən gizlənirik. Bir az sinəmi açım, vəssalam! Verilişlərin birinə sinəsi açıq bir libas geyinmişdim. “Instagram”da yazdılar ki, bu utanmır, yekə arvaddır, pencəyin arasında sinəsi görünür. Nədir, başıma çadra bağlayıb gəzməliyəm? Mən müğənniyəm”.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin