Xorvatiya qalmaqallı gözəl İvana Knoll "Formula 1" Azərbaycan Qran Prisində iştirak etmək üçün bir neçə dəqiqə əvvəl Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə podium ulduzu sosial şəbəkə hesabında məlumat verib.
Knoll türk mətbəxinin məşhur şirniyyatlarından olan paxlavanın görüntüsünü çəkərək “Nəhayət pəhrizə başlamağa qərar verdiyim ilk gün. Sevdiyim desertlər. Salam “tulumba” və “paxlava”, uzun zamandır bu şirniyyatları görmürdüm” sözlərini qeyd edib.
Daha sonra İvana Heydər Əliyev Hava Limanında olarkən çəkdiyi həmin anları izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media