Beş uşaqlı xanəndə: “Yoldaşım və uşaqlarım başqasının bişirdiyi yeməyi yemirlər” - VİDEO

Hazırda oxunan: Beş uşaqlı xanəndə: “Yoldaşım və uşaqlarım başqasının bişirdiyi yeməyi yemirlər” - VİDEO

133049

Əməkdar artist Bəyimxanım Vəliyeva ailəsindən söz açıb. 

Bizim.Media xəbər verir ki, beş uşaq anası olan xanəndə qonaq olduğu “Günün sədası” verilişində gördüyü ev işlərindən danışıb. 

Bəyimxanım bildirib ki, ev işlərini köməkçisi görsə də, yeməyi yalnız özü bişirir: 

“Uşaqlarım körpə olan zaman qayınanam bizimlə birgə qalırdı, mənə kömək edirdi. Amma hazırda ev işlərində yardım edən köməkçim var. Yemək bişirməyi isə heç zaman heç kimə etibar etməmişəm.
Həyat yoldaşım və uşaqlarım başqa insanın bişirdiyi yeməyi yemirlər. Ev işlərini (silmək, süpürmək, ütüləmək) sənət işlərimlə bağlı çatdırmaq qeyri mümkündür. Uşaqlarımın dərsləri ilə həyat yoldaşım məşğul olur. Amma yenə də uşaqların və evin məsuliyyət məndədir”. 

 







Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin