İbrahim Borçalı: “Bu acı ilə barışıb, yaşayıram” - VİDEO

Hazırda oxunan: İbrahim Borçalı: “Bu acı ilə barışıb, yaşayıram” - VİDEO

133019

Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğlu Rəhimdən söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Günün sədası” verilişində övladının vəfatında üç il keçdiyini bildirərək, göz yaşlarına boğulub. 

“Bu acı ilə barışıb, yaşayıram. 20 yaşlı qızım var. Yaşamalıyam... Oğlum Rəhimin ölümündən artıq üç il keçir. Elə bil üç yox üç ay keçib. Zaman çox tez keçdi. Allah səbr versin. Bir var oğlum xəstə, pis övlad olardı... Adamı yandıran da odur ki, birdən birə, gülə-gülə getdi... Bu adamı çox yandırır” - deyə İbrahim fikirlərini ifadə edib. 
Qeyd edək ki, İbrahim Borçalının oğlu Rəhim Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. Rəhimin vaxtsız ölümü ilə sarsıntı keçirən İ.Borçalı müsahibələrinin birində şəkər xəstəliyi tapdığını açıqlayıb.  
 







Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin