Aparıcı Çinarə Əliyeva həkim nişanlısı, plastik cərrah Ruslan Rəsulla Türkiyəyə yollanıb.
Bizim.Media xəbər verir ki, cütlük İstanbulda boğazda bəy və gəlinlikdə kamera qarşısına keçib.
Yaxtada səmimi və eşq dolu pozlar verən Çinarə ilə Ruslan bir-birinə olan məhəbbətlərini görüntülərdə öpüşərək büruzə verib.
Həmin anları isə aparıcı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Çinarə Əliyeva bu yay Məhərrəmlik ayından əvvəl toy etmək istədiyini vurğulayıb.
Cütlüyün ayrı-ayrılıqda evləri olsa da, lakin aparıcı yenə də ev axtarışında olduğunu açıqlayıb.
Bundan başqa Çinarə bildirib ki, xınayaxdı mərasimi etməyəcək.
Rəşad Əliyev, Bizim.Media