Müğənni Ayan Babakişiyeva yaşadığı binadan şikayətlənib.
Bizim.Media xəbər verir ki, sənətçi yaşadığı Ənvər Hüseynov küçəsi 7 ünvanında yerləşən binanın qarajına su dolduğunu və çökmə təhlükəsinin yarandığını bildirib.
“Bura bizim yaşadığımız binanın qarajıdır. Hazırda suyu yığıblar. Burada yüzlərlə ailə yaşayır. Bu qədər düşüncəsizlik, bu qədər etinasızlıq olmaz.
Aidiyyəti qurumlar bununla maraqlanmalıdır. Bildiyim qədəri ilə su analiz edilib. Deyiblər ki, təbii şollar suyudur. Başqa vaxt suyu kəsirlər, xəbərdarlıq edirlər. Su binanın çökməsinə səbəb olacaq və artıq 2 aydan çoxdur. Bu nə dərəcədə doğrudur? Gəlirlər plastmas vannalara suyu doldurub gedirlər. Heç kim maraqlanmır. Bir dəfə düzəltdilər, 1 ay qurudu. 2 ay keçib yenə eyni hal.
Bildiyim qədəri ilə binanın arxa hissəsində çökmə prosesi baş verir. Artıq mən bundan qorxuram. Buradan köçüb getmək istəyirəm. Deyirəm gecənin, gündüzün birində bu bina çökəcək. Onda biləcəklər ki, millət öldü, deyəcəklər ki, nədən imiş?! Səbəb budur”, - deyə, Ayan paylaşımında fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media