Pərvin: “Ailə üzvlərimə toxunduğuna görə, Azəri bağışlamayacağam” - VİDEO

Hazırda oxunan: Pərvin: “Ailə üzvlərimə toxunduğuna görə, Azəri bağışlamayacağam” - VİDEO

132465

“Azər Zahidlə münasibətlərim heç zaman düzəlməyəcək. İnsanlar dalaşar, öz aralarında bir-birinə hər sözü deyər, qəlbini də qırar. Amma heç zaman sərhədi keçib, ailə üzvlərinə dəymək olmaz. Ailə üzvlərinin adlarını çəkdinsə, sən həddini aşırsan”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Space maqazin” verilişinə müsahibəsində deyib. 

Pərvin “TikTok” sosial şəbəkə platformasında tez-tez qalmaqal yaşadığı aparıcı Azər Zahidlə dost münasibətlərinə son qoyduğunu bildirib. 

“O insan ailə üzvlərimə toxunduğuna görə onu heç zaman bağışlamayacağam. Onun mənə, mənim də ona ehtiyacımız yoxdur. İkimiz də bir-birimiz üçün lazımsız insanlarıq. Amma Azər sərhədi keçib. O, cığal və paxıl insandır”. 

“TikTok”da “qaz vurub, qazan dolduran” Abıyeva sözügedən sosial şəbəkə platformasından gələn qazancını yalnız xeyriyyə işlərinə xərclədiyini də açıqlayıb: 

““TikTok”da oturub, “jeton” qazanmaq asan bir şey deyil. Cəlb etmək lazımdır, özünü sevdirməlisən. Səni tanımayandan, sevməyəndən sonra kim sənə hədiyyə verəcək? Bütün dünya “TikTok”dadır. “TikTok”un bağlanmağının mənə təsiri azdır. Çünki orada mən sadəcə başımı qatıram. 

Kasıblıqdan “TikTok”a gəlib, orada evinə çörək pulu aparan insanlar var. Məhz onlara görə istəmərəm ki, “TikTok” bağlansın. Mən “TikTok”dan qazanc götürmürəm. Dövlət tərəfindən oradan qazanan pula vergi qoyulub. Kim nə qədər qazanırsa, bir o qədər də dövlətə vergi ödəyir. Oranın qazancına ehtiyacım yoxdur. Oradan gələn gəlirimi xeyriyyə işlərinə xərcləyirəm”. 

O, bir müddət əvvəl aldığı 650 min manatlıq “Galendewagen” markalı avtomobilini “TikTok”dan qazandığı pullarla almadığını dönə-dönə vurğulayıb: 

“Bir ilə “TikTok”un pulu ilə avtomobil almaq, bu mümkünsüzdür. Bu xəbərlər yalandır”.

Müsahibəsinin sonunda Pərvin “Instagram” sosial şəbəkə hesabında bir reklam postuna görə aldığı qonorarın məbləğini də açıqlayıb: 

“Instagram”da bir post üçün 3000 manat pul alıram. Burada gizlədəsi bir şey yoxdur. Kör-kör, gör-gör”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin