Müğənni Manaf Ağayev növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhər mərkəzi” verilişində bildirib ki, ilk doğulan nəvəsi Manafa idarə etdiyi avtomobilini hədiyyə verib.
“Dörd nəvəm var. Üç qız və bir oğlandır. Amma bu nəvələrim bir övladımdan deyil. Bir övladımın iki qızı, digərinin isə bir qız və bir oğlu var.
Hədiyyə olaraq nəvəmə ev almamışam. Böyük nəvəm Manaf anadan olanda idarə etdiyim avtomobilimi ona hədiyyə vermişəm. Bu həqiqətdir. Efir xatirinə deyəcək sözlər deyil. Ona vermişəm böyük çıxır. İlk nəvəm dünyaya gələndə onu təbrik etmək üçün avtomobili atasına verib, dedim ki, özümə yeni maşın alacağam”.
Rəşad Əliyev, Bizim.Media