Nəvaidən ETİRAF: "Kobud zarafatlar edən qızları sevirəm" - VİDEO

Hazırda oxunan: Nəvaidən ETİRAF: "Kobud zarafatlar edən qızları sevirəm" - VİDEO

132019

Rusiya və MDB ölkələrində məşhurlaşan “HammAli & Navai” rep qrupunun solisti azərbaycanlı Nəvai Bəkirov xanımlarda bəyəndiyi xüsusiyyətlərdən söz açıb. 

Bizim.Media xəbər verir ki, Rusiyanın beşinci kanalına müsahibəsində musiqiçi bildirib ki, onun üçün qadın axtarışını çətinləşdirən ilk və əsas tələb yumor hissidir. 

Nəvainin sözlərinə görə, xanım onunla ən sərt formada zarafat etməyə bacarmalıdır: 

“Ən əsası odur ki, qız çox kobud zarafatlar etməyi bacarsın. Mən qara yumoru çox sevirəm, ona görə də təkəm. Bəli, doğru insanı tapmaq çox çətindir. Tutaq ki, mən bir qızla vaxt keçirməyi xoşlayıram. Və dostlarımla olduğu kimi onunla da ünsiyyət qurmağı xoşlayıram. İnanıram ki, yaxşı münasibətlər yalnız içəndə, yatanda, gəzəndə, istirahət edəndə və s. olur”. 

N. Bəkirov müsahibəsində onu da bildirib ki, həyatında yalnız səmimi qızlara yer var: 

"Mən həmişə qızlara başa salıram, deyirəm ki "Mənimlə ən yaxın rəfiqənin yanında olduğun kimi ol. Əgər söyuş söyürsənsə söy, siqarət çəkirsənsə çək. Məhz belə olanda hər şey yaxşı olur". 

Nəvai üçün xanımın sarışın və ya qarışın olması vacib deyil:  

“Mənim ürəyim hamıya kifayətdir. Düşünmürəm ki, çirkin qız yoxdur". 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin