Hiss övladlığa uşaq götürmək istəyir – VİDEO  

Hazırda oxunan: Hiss övladlığa uşaq götürmək istəyir – VİDEO  

132014

Hiss ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Röya Məmmədova övladlığa uşaq götürmək istədiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqdə gənc ifaçı qonaq olduğu Dadaş Dadaşlinskinin "3D" verilişində danışıb. 

Uşaq evində böyüyən Hiss hələdə ora baş çəkmək üçün özünü hazır bilmədiyini dilə gətirib: 

”Xeyr! Uşaq evlərinə baş çəkməmişəm. Amma bu haqda düşünürəm. Hətta fikirləşirəm ki, bir uşaq götürüm. İnşallah gələcəkdə sənədlərdə bir problem çıxmaz. Məncə, getsəm, bir az sıxılaram. Özümü əla alıb sonra ora baş çəkəcəyəm”. 

Son günlər 3 saylı Uşaq evi ilə bağlı baş verən və cəmiyyət arasında böyük qınağa səbəb olan hadisə ilə bağlı müğənni də öz münasibətini bu sözlərlə ifadə edib: 

“Uşaq evində qidalanma ilə bağlı həmişə problem olub. Bu hadisələrin özümdə şahidi olmuşam. Sadəcə indi işıq üzünə çıxır. Mən də görmüşəm, ümumiyyətlə, heç kimi qınamıram. Bir uşaq çətindirsə, ona nəzarət edə bilmirsinizsə, işdən çıxın. Əminəm ki, uşaqda elə də problem yoxdur. Hamıda olduğu kimi onda da hər hansısa müəyyən travmalardır”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin