Sərdar Ortaç: “Yatmaq üçün ağır dərmanlar içirəm" - FOTO

Hazırda oxunan: Sərdar Ortaç: “Yatmaq üçün ağır dərmanlar içirəm" - FOTO

131881

Qardaşının ölümü ilə sarsılan türkiyəli müğənni Sərdar Ortaç həyatına davam etməyə çalışır. Bununla bağlı onun TikTok paylaşımı gündəm olub. 

Bizim.Media "CNN Turk" nəşrinə istinadən xəbər verir ki, Ortaç verdiyi açıqlamada içdiyi dərmanlara görə saat 17:30-a qədər yatdığını bildirib.

Xatırladaq ki, Chloe Loughnan ilə boşandıqdan sonra müxtəlif açıqlamaları ilə gündəmə gələn Serdar Ortaç bir müddət əvvəl qardaşını itirmişdi. Xəstəliyi səbəbindən çətin günlər keçirən Ortaç rahat yatmaq üçün dərman qəbul edir.
Əvvəlki illərdə qumar oynadığı üçün var-dövlətinin böyük hissəsini itirən müğənni sosial mediada gündəm olan TikTok videosunda qumardan əl çəkdiyini bildirib.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin