Sevda Yahyayeva: “Qızımıza baxmaq üçün ərimlə gecə növbəmiz var” - VİDEO

Hazırda oxunan: Sevda Yahyayeva: “Qızımıza baxmaq üçün ərimlə gecə növbəmiz var” - VİDEO

131575

“Qoy bayağı mahnılar və ifaçılar olsun. Onsuz da təqdim olunan mahnılar, ifa edən müğənnilər nə qədər çox olsa, hər kəs öz sevdiyi ifaçısını və mahnını seçəcək. Müğənnilər oxuyur, tamaşaçı da öz seçimini edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Şou xəbər” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, onun adı artıq brenddir: 

“Mən şou-biznesdə varam. Sevda Yahyayeva adı böyük kimi çıxmasın artıq brenddir. Sevda Yahyayevanın Azərbaycan şou-biznesdə öz yeri var”. 

Ötən ilin sonlarında qız anası olan S.Yahyayevanın sözlərinə görə, həkim-genetik həyat yoldaşı hər bir işində ona dəstəyini əsirgəmir: 

“Əlbəttə, ilk növbədə mən anayam. Ev qayğılarım var. Analıq sözlə ifadə olmayan əvəzolunmaz hisslərdir. Həyat yoldaşım Zakir Bayramov bir həkim kimi, bir insan kimi də əlimdən tutur. Biz bərabər evdə olanda qızımız Aylaya birlikdə baxırıq. Oyaq qalıb övladımıza baxmaq üçün gecə növbəmiz də var”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin