Roza qızı ilə dörd gün parkda yatıbmış - VİDEO 

Hazırda oxunan: Roza qızı ilə dörd gün parkda yatıbmış - VİDEO 

131540

“Mən zəngin, özünü idarə edə bilən ailənin övladı olmuşam. Kasıb ailədə doğulmamışam. Bunu hər zaman demişəm. Lakin çox kasıb həyat yaşamışam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “Təsir dairəsi” ictimai-sosial verilişində deyib. 

Sənətçi, ailə qurduqdan sonra yaşadığı çətinliklərdən söz açıb: 

“Hansı gənc qız qucağında uşaq 4 gün parkda yatar? Evsiz qalar? Mənim övladlığa götürdüyüm uşaqlar yaxşı mənada hazırın nazirinə çatdılar. Çünki onda Roza Zərgərli idim. Öz doğma övladımla həmin əziyyətləri yaşamışam. Çünki kirayədə qaldığım evin sahibi gəldi, danışdı, başa düşdüm ki, onun niyyəti başqadır. Çantalarımı yığıb, uşaqlarımı götürəndə yeni ev axtarana qədər parkda qaldım”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin