Rəvan Qarayevdən evlənmək təklifi alan Renka: “Başına oyun açaram” - VİDEO

Hazırda oxunan: Rəvan Qarayevdən evlənmək təklifi alan Renka: “Başına oyun açaram” - VİDEO

131360

Müğənni Rəvan Qarayev efirdə Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradovaya evlilik təklifi edib. 

Bizim.Media xəbər verir ki, həmin anlar isə Rəvan ilə Renkanın qonaq olduğu “Həyat tərzi” verilişində yaşanıb. 

Artıq 6 ildi ikinci həyat yoldaşından boşandığını açıqlayan sənətçi bildirib ki, Renka ilə ailə qurmağa hazırdır: 

“Renka mənim neçə illik dostumdur. Onunla zarafatımız var. Sadəcə zarafatla bu təklifi etdim. Nə Renka ərə getsin, nə dəki mən evlənim. Hazırda subayam. 6 il əvvəl boşanmışam. Üç dəfə yox, iki dəfə ailəli olmuşam. Atamın bir dostu var, deyir ki, üzr istəyirəm oğlunuz Rəvanın toyuna gələ bilmədim.

Atam isə cavab olaraq söylədi ki, “Düz etmisən, heç mən də getmək istəmirdim” (gülür)” Üçüncü dəfə evlənsəm, heç kim toyuma gəlməyəcək. Amma növbəti dəfə evlənmək fikrim yoxdur”. 

Rəvanın bu sözlərinə Renka “Sən mənimlə evlənsən, başına oyun açaram. Əgər subaysansa və mənə evlilik təklifi etmisənsə, mən razıyam. Evlənsək bizim toyumuza bütün şou-biznes gələcək” deyə cavab verib. 

Proqramın aparıcısı Lamiyə Ələkbərovanın R.Qarayeva ünvanladığı “Niyə xanımlarla yola getmirsən?” sualına müğənni “Hamı ilə yola gedirəm. Mənimlə yola getmirlər. Taledir...” cavabını verib. 

Qeyd edək ki, R.Qarayevin ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Eyni zamanda müğənninin Günya Rəhimova adlı xanımla ikinci evliliyi beş il çəkib və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var.    
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin