Fərqli musiqi janrların ifaçıları Dilarə Kazımova ilə Türkan Vəlizadə Antalyada bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, müğənnilər səfər çərçivəsində həm istirahət ediblər, həm də “Həmin Zaur” verilişinin yayda yayımlanması gözlənilən buraxılışının qonağı olub.
Kazımova ilə Vəlizadəni birgə görən sosial şəbəkə əhli təəccüblərini yazdığı şərhləri ilə bildiriblər:
“Heç vaxt düşünməzdim ki, siz bir araya gələrsiniz”, “Dilarə hara, Türkan hara?”, “Səni də gözümüz görə-görə itirdik”.
Dilarə isə sosial şəbəkə hesabında Türkanla birgə çəkilən videosunu paylaşaraq “Şərhlərinizi oxuduq. Bizi bərabər görməyə təəccüblənmisiniz. Türkanı çox sevdim” sözlərini dilə gətirib.
Vəlizadə isə sözügedən kadrlarda Dilarənin üzündən öpərək, qarşılıq verib.
Rəşad Əliyev, Bizim.Media