Müğənni Roza Zərgərli illərdir “qanlı bıçaq” olduğu həmkarları Əməkdar artist Elza Seyidcahan, müğənnilər Nura Suri və Sevil-Sevinc Səfərova bacılarından söz açıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Təsir dairəsi” ictimai-sosial verilişində danışıb.
Zərgərli illərdir düşmən kəsildiyi Sevil və Sevinci bağışlamaq niyyətində olduğunu açıqlasa da, lakin Elza ilə Nuranı tanımadığını dilə gətirib:
“Ağlımdan barışmaq fikri keçmir. Amma o üçlükdən (Əməkdar artist Elza Seyidcahan, müğənnilər Nura Suri və Sevil-Sevinc Səfərova bacıları – red.) bağışlayacağım insanlar var. Sevil və Sevinc bacıları.
O qızların üstündə əməyim olduğu (Sevil & Sevinc (S-Twins) – red.) üçün... Onlar səhvlərini çoxdan başa düşüblər və bu “xəmir çox su aparıb”. Onlar arxayın deyillər ki, qarşı tərəf bu bağışlamağı necə qəbul edəcək. Bağışlamaq Allaha məxsusdur. Onları bağışlayaram. Amma mən Allahın bəndəsiyəm, qalanlarını bağışlamaram. Elza ilə Nuranı isə tanımıram. Olmuş, keçmiş bir hadisədir”.
Rəşad Əliyev, Bizim.Media