1958-ci ildə ekranlaşdırılan “Ögey ana” filmində Cəmilə obrazı ilə məşhurlaşan aktrisa Sevinc Axundova illər sonra üzə çıxıb.
Bizim.Media xəbər verir ki, “O üz” verilişində qonaq olan sənətçi Cəmilə adını qızına verdiyini açıqlayıb.
“Cəmilə adından xoşum gəlirdi. Uşaqlıqda “Cəmilə” deyə ərəb filmi var idi, o ada vurulmuşdum. Sonra elə oldu ki, həmin obrazı oynadım. Böyük qızıma da o adı verdim. Dedim, həm də yadigar qalsın”, - deyə S.Axundova vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media