Müğənni Vüqar Muradov hərbi xidmətə getmədiyi halda İkinci Qarabağ müharibəsinə könüllü getdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
“İkinci Vətən müharibəsi başlayanda 37 yaşım vardı. Mənim yaşım düşmürdü çünki o yaşda hərbiyə çağırış yox idi. Amma mən qaçıb, getdim cəbhəyə. Zamanında orqanizmdə olan problemlərlər - ayağımın altı düz və mədəmdə “xora” olması səbəbi ilə məni əsgərliyə aparmamışdılar. Halbuki, əsgər olmaq böyük arzum idi. Əsgərlik də keçməmişdim. Arxa cəbhədə, Beyləqan, Füzuli, Ağcabədi tərəfdə əsgərlərə kömək etmək istəyirdim. ATV-də verilişlərin birində çıxışımı etdim və oradan çıxıb birbaşa müharibəyə getdim”, - deyə Vüqar vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media