Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbər müavini Gülarə Emirova müğənni Günay İbrahimlinin "O kimdir ki?" mahnısı ətrafında yaşanan qalmaqala cavab verib.
Bizim.Media xəbər verir kii, qurumun rəsmisi, bu barədə “Səhərin səsi” verilişində danışıb.
G. Emirova G.İbrahimlinin nəğməsinin “Mahnılarımız monitorinq aynasında” kitabında yer alması səbəbi ilə etirazını bu fikirləri ifadə edib:
“Günay xanım öz sənəti ilə sevilən müğənnidir. Biz də onun mahnılarını sevərək dinləyirik. “O kimdir ki” mahnısının aqressiv davranışları təbliğ etməsi ilə bağlı siyahıda yer almasına səbəb ifadələrdir.
Həm də həmin siyahıda mövzunun kəskinliyi yuxarıdan aşağıya doğru sıralanıb. O mahnı da ən aşağı pillədədir. “O kimdir”, “Deyin səsini kəssin” kimi aqressiv ifadələrin işlədilməsi bizim gəncliyin dilinə yaraşmır”.
- A-
- A
- A+
Şoutaym
20:55 / 14.04.2023
Günayın etirazına Dil Komissiyasından CAVAB: "Mahnıda aqressiv ifadələr var" - VİDEO
Hazırda oxunan: Günayın etirazına Dil Komissiyasından CAVAB: "Mahnıda aqressiv ifadələr var" - VİDEO
Hazırda oxunan: Günayın etirazına Dil Komissiyasından CAVAB: "Mahnıda aqressiv ifadələr var" - VİDEO
130829
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.