Xəbər verdiyimiz kimi, matın 26-sında Xalq artisti Aftandil İsrafilovun səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Sənətkarın hazırkı vəziyyətini xəbər almaq üçün Bizim.Media-nın əməkdaşı qarmon ustadının qızı Həcər xanımla əlaqə saxlayıb.
O, bildirib ki, atasının sağlamlığında heç bir irəlləyiş yoxdur:
“Atam Dövlət Təhlükəsizlik Xidməti hospitalının reanimasiya şöbəsindədir. Həm ürəyində, həm ağciyərlərində problem var. Vəziyyəti ağır olaraq qalır. Onun yanına yalnız məni buraxırlar. 24 saat həkimlərin ciddi nəzarətindədir. Mütəmadi sistemlər və iynələr vurulur. Həkimlər onun səhhəti ilə bağlı heç bir şey demirlər. Atam danışmır. Ümidimiz Allahadır”.
Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında Dövlət Təhlükəsizlik Xidməti hospitalına yerləşdirilmişdi. Daha sonra evə buraxılan Xalq artisti dekabrda yenidən vəziyyəti ağırlaşdığına görə eyni hospitala aparılmışdı. A.İsrafilov uzun müddət orada müalicə aldıqdan sonra yenidən evə buraxılmışdı.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:47 / 14.04.2023
Aftandil İsrafilovun qızı: “Atamın vəziyyəti ağırdır"
Hazırda oxunan: Aftandil İsrafilovun qızı: “Atamın vəziyyəti ağırdır"
Hazırda oxunan: Aftandil İsrafilovun qızı: “Atamın vəziyyəti ağırdır"
130746
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.