“Doğum günümə çağırdığım Əməkdar artist Nüşabə Ələsgərli gəlmədi. Kərim Abbasov və Rüfət Axundovun da məclisi olduğundan gələ bilmədilər”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu “Həyat tərzi” verilişində deyib.
Bir neçə gün əvvəl özünə təmtəraqlı doğum günü keçirən sənətçi, çağırdığı halda gecəyə gəlməyən Əməkdar artist Nüşabə Ələsgərlindən incimədiyini bildirib:
“Ondan heç soruşmadım niyə gəlmədin. Mən belə şeylərdən inciyən insan deyiləm. Gülbahar Şükürlü ad günümə gəlməmişdi, amma mən onun doğum gününə gedirəm. Onun ad günü çoxdan olub, amma məclisi bu gün edir. Bəhsə-bəhs yaşayan insan deyiləm. Hamının yaxşı və pis günündə yanında olanam və hamını çox istəyirəm. Məclisimə gələn insanlara təşəkkürümü bildirirəm. O qədər məclisim yaxşı keçdi ki...50 nəfər qonaq çağırmışdım, 120 nəfər gəlmişdi”.
Rəşad Əliyev, Bizim.Media