Azərbaycanlı Xalq artisti ilə çəkdirdiyi şəkilə görə musiqiçi işdən QOVULDU

Hazırda oxunan: Azərbaycanlı Xalq artisti ilə çəkdirdiyi şəkilə görə musiqiçi işdən QOVULDU

130542

Məşhur belarus dirijoru Vyaçeslav Çernuxo-Voliç Odessa Milli Akademik Opera və Balet Teatrının baş dirijoru vəzifəsindən azad edilib. 

Bizim.Media xəbər verir ki, musiqiçinin işdən çıxarılmasına səbəb onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni direktoru, Xalq artisti Yusif Eyvazovla birgə çəkdirdiyi şəkil olub. 

“Ukrainska Pravda” nəşrinin yaydığı məlumata görə, foto Ukraynanın mədəni ictimaiyyətində rezonans və hiddətə səbəb olub.

Teatrın direktoru Nadejda Babiç bildirib ki, Çernuxo-Voliç uzun illər əməkdaşlıq etdiyi teatrın keçmiş direktorunun dəvəti ilə Bakıya gedib. Tamaşaya bir gün qalmış Eyvazov Bakı Operasına direktor təyin ediliB. Buna baxmayaraq, Nadejda Babiç Çernuxo-Voliçin dirijorun bu addımını dəstəkləmədiyini söyləyib. 
“O qayıdandan sonra danışacağıq” - deyən Babiç Odessa teatrının indi Bakı teatrı ilə bütün əlaqələrini kəsəcəyini vurğulayıb.

Vyaçeslav Çernuxo-Voliçin özü hələ xaricdə olarkən nəşrə müsahibəsində bildirib ki, o, həqiqətən də yerli operanın keçmiş rejissorunun dəvəti ilə Bakıya gedib. Tamaşa günü isə yeni rejissor Yusif Eyvazovdan xəbər tutub. Dirijorun sözlərinə görə, ifa etməkdən imtina edə bilməzdi.

Bundan başqa, o, Eyvazovun Ukraynadakı müharibəni dəstəkləməsi barədə məlumatının olmadığını, özü ilə yalnız səhnəyə çıxanda tanış olduğunu, əvvəllər heç bir münasibətinin olmadığını deyib. 

Dirijor həmçinin əlavə edib ki, Bakı teatrı ilə on ildən artıq əməkdaşlıq edir və onun keçmiş direktoru müharibə başlayandan sonra Ukraynaya dəstək olub, ukraynalı sənətçiləri tamaşaya dəvət edib.

Eyni zamanda Çernuxo-Voliçə şərt qoyulub ki, rus bəstəkarlarının musiqisini ifa etməyəcək, rus sənətkarları ilə əməkdaşlıq etməyəcək.





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin