Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç aralarında yaranan problem səbəbi ilə boşanırlar.
Bizim.Media xəbər verir ki, Demet yayılan boşanma xəbərinin ardınca sosial şəbəkədə post paylaşaraq bu məlumatı təsdiqləyib.
MÖVZU İLƏ BAĞLI:
Demet Oğuzhandan BOŞANIR - FOTO
“Evliliyimizi bir müddətdir davam etdirə bilmədiyimiz barədə yazılan xəbərlər doğrudur. Qarşılıqlı sevgi və hörmət çərçivəsində aldığımız bu qərarın ailələrimizə və böyüklərimizə təsir edəcəyini bilirik.
Ona görə də, onları incitməmək üçün əlimizdən gələni edirik. Sizdən də mövcud vəziyyətə qarşı həssas olmağınızı xahiş edirik”.
Qeyd edək ki, Demet və Oğuzhan cütlüyü ötən ilin avqustunda ailə qurublar.
Rəşad Əliyev, Bizim.Media