13 qadın Jerar Depardyeni cinsi təcavüzdə ittiham etdi

Hazırda oxunan: 13 qadın Jerar Depardyeni cinsi təcavüzdə ittiham etdi

130505

Dünyaca məşhur fransız aktyoru Jerar Depardye yenidən qalmaqalın içinə düşüb.

Bizim.Media Fransanın“Mediapart” nəşrinə istinadən xəbər verir ki, 2004-2022-ci illər arasında 13 qadın Depardyenin cinsi təcavüzdə ittiham edib.  

Bütün hadisələr birbaşa çəkiliş meydançasında baş verib.  

Söhbət bu müddət ərzində çəkilmiş 11 film və televiziya şousundan gedir. Zərərçəkənlərdən bəziləri hadisə ilə bağlı açıq danışıb, bəziləri isə anonim qalmağa üstünlük verib.  

2018-ci ildə rəqqasə Şarlotta Arno Depardyeni məhkəməyə verib və onu zorlamada ittiham edib. Lakin aktyor buna görə heç bir cəza almayıb. 

Həmçinin məlumatda bildirilib ki, Şarlotta Arnonun şikayətinə əlavə olaraq, 13 qadın J. Depardye tərəfindən uyğun olmayan cinsi jestlər və ya təkliflər aldıqlarını iddia edən ifadələr toplanılıb.  

Müraciət edənlərin hamısı bir nəfər kimi bildiriblər ki, çəkilişin digər iştirakçıları qızlara toxunmağa və onlara nalayiq təkliflər etməyə icazə verən aktyorun qəbuledilməz davranışını müşahidə ediblər. Ancaq  insanların reaksiyası belə olur: “Bu, Jerarddır!” 
Aktyorun özü yeni istintaqla bağlı şərh verməkdən imtina edib, onun nümayəndələri isə deyilənlərin çoxunun subyektiv olduğunu bildirərək, bütün ittihamları rədd edirlər.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin