Xəbər verdiyimiz kimi, müğənni Səidə Dadaşovanın anidən səhhəti pisləşib və təcili olaraq xəstəxanaya yerləşdirilib.
Sənətçinin sağlamlıq vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.Media-nın əməkdaşı S.Dadaşovanın həyat yoldaşı Məhəmməd (Maqa) bəylə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Səidə Dadaşova xəstəxanaya yerləşdirildi - ÖZƏL
O, müğənninin səhhətini belə şərh edib:
“Hazırda həkimin otağındayam. Həyat yoldaşım Səidə xanım təcili olaraq əməliyyata gedir. Vəziyyəti ağırdır. Əlavə sizə informasiya verə bilməyəcəyəm”.
Rəşad Əliyev, Bizim.Media