Zülfiyyə və İlqarın övladlığa götürdüyü gənc Vətən Müharibəsində şəhid olub - VİDEO

Hazırda oxunan: Zülfiyyə və İlqarın övladlığa götürdüyü gənc Vətən Müharibəsində şəhid olub - VİDEO

130301

Vəkil Zülfiyə Bayramova ilə aparıcı İlqar Mikayıloğlunun övladlığa götürdüyü 18 yaşlı gənc 44 günlük Vətən Müharibəsində şəhid olub.  

Bizim.Media xəbər verir ki, bununla bağlı Zülfiyyə qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Verilişin canlı efirində göz yaşlarına qərq olan vəkil övladlığa götürdüyü gəncdən söz açıb: 

“Atası Rusiyada yaşayırdı. Anası və bacısı ilə birlikdə qalırdı. 15 yaşında Bakıda kollecə daxil olmuşdu. Oğlum gəlib demişdi ki, bir oğlan var, otaq yoldaşları ilə yola getmir. Dedim gətir, onu bizə. Mən onu heç yerə buraxmadım. 15 yaşından qaldı yanımızda. Atası, anası ilə danışdım. İmkanları yaxşı deyildi. Evimdən əsgərliyə yola saldım. Övladlığa götürmüşdüm, oğlanlarım Nahid və Ceyhundan ayırmırdım. Onun gələcək planlarını belə övladlarımla bərabər qurmuşdum. Əsgərliyə getdi. Evdə hələ də onu axtarıram. Üç il üstündən zaman keçib. Əziz və dogma idi. Bir gün xəbər gəldi ki, müharibəyə aparıblar, itkin düşüb. Arxasınca getdim, axtardım. Düşünürdüm ki, bəlkə taparam. Ancaq şəhid xəbərini verdilər”. 

Rəşad Əliyev, Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin