“Azərbaycan təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları çox şirindirlər. Uğurlar arzu edirəm və onları müsabiqədə ilk onluqda görürəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnur Hüseynov qonaq olduğu “Səhərin səsi” verilişində deyib.
Ölkəmizi 2008 və 2015-ci illərdə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən sənətçi müsabiqədə səs vermənin düzgün aparılmamasına etiraz edib:
“Son illər “Avroviziya”da səs verməni başa düşmürəm. Tamaşaçılar iştirakçılara səs verirlər, amma sonradan hər şey dəyişir. İnşallah təmsilçilərimizi onluqdan çıxartmazlar. Artıq bir-neçə ildir ki, yarışmada ölkələrin və tamaşaçıların səs verməsi ilə beşliyə daxil oluruq, sonra da münsif heyəti 15-20 dəqiqə ərzində səsləri bir-birinə qarışdırır.
Bəlkə də heç kəsin səs vermədiyi ölkəyə yüzdən artıq səs verib çəkirlər önə. Məncə bu doğru deyil. İlk əvvəl münsiflər səs verməlidirlər, ondan sonra insanlar baxıb, bilməlidirlər ki, bu ölkənin iştirakçısına səs verək ki, önə keçsin. Münsiflər heyəti istədiyini edir, bu isə düzgün deyil.
O zaman səs vermə heç olmasın. Münsif olaraq, verin səsinizi və kimi istəyirsinizsə, onu da “Avroviziya”da qalib edin. Buna görə də Azərbaycan artıq uzun zamandır ki, müsabiqədə ilk onluğa düşə bilmir”.
Rəşad Əliyev, Bizim.Media