“Hər birimizin yolu qəbiristanlıqdan keçəcək. Biz nə edirik? Bir-birimizi qırırıq, ətini yeyirik, birinin sözü o birinin boğazından keçmir. Bacı qardaşla danışmır, ata bala ilə düşməndir, bala ana ilə düşməndir. Nə etdiyimizi özümüz də bilmirik. Tək bilirik ki, sonumuz buradır”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə məzarlıqların birində çəkib sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.
Sənətçi insanların yaxınları ilə yersiz ədavət aparmalarını qınayıb:
“Allah ölümün də xeyirlisindən nəsib etsin. Bir-birimizin qədrini bilək. Dünya heç kimə, Süleymana da qalmayıb. Biz kimik ki... Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yerdə qalanlara can sağlığı versin. Bir-birimizin qədrini bilək, sonra deməyək – heyif”.
Rəşad Əliyev, Bizim.Media