Xəbər verdiyimiz kimi, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını açıqlması həm cəmiyyət həm də şou əhli arasında birmənalı qarşılanmayıb.
Bizim.Media xəbər verir ki, sözügedən qurumun keçirdiyi iclasda Xalq artisti Brilliant Dadaşova çıxış edib.
Sənətçi bildirib ki, radio ve televiziyalarda mahnılar düzgün şəkildə təbliğ olunmalıdır:
"Xalqın nümayəndələri, oxumaq istəyən gənclərimiz bir parça çörək pulu qazanmaq istəyirlər. Onlara mane olmaq olmaz. Amma televiziyalarımız bu mahnılara qayda-qanun qoysalar, bütün məşhur olamaq istəyənlər, "YouTube"da nə qədər baxış sayları olsa da, onlar yenə də televiziyanın qoyduğu qayda-qanuna uyğun gəlmək istəyəcəklər.
Çünki xalq televiziyanı çox ciddi qəbul edir. Biz nə qədər desək ki, televiziya verilişlərinə baxmırıq, amma xalq televiziyanı norma kimi qəbul edir. Musiqi redaktorları isə savadlı, ədəbiyyatımızı və musiqimizi bilən insanlar olmalıdır. Radio ve televiziyalarda mahnılar düzgün təbliğ olunmalıdır".
- A-
- A
- A+
Şoutaym
20:25 / 07.04.2023
Brilliantdan Dil Komissiyasına CAVAB: "Həmin ifaçılara mane olmaq olmaz" - VİDEO
Hazırda oxunan: Brilliantdan Dil Komissiyasına CAVAB: "Həmin ifaçılara mane olmaq olmaz" - VİDEO
Hazırda oxunan: Brilliantdan Dil Komissiyasına CAVAB: "Həmin ifaçılara mane olmaq olmaz" - VİDEO
129547
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.