"Uşaqlarımı özümdən ayırmamışam. Hamımız bir yerdəyik. Nəvələrsiz qala bilmirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.
Verilişin aparıcısı Zaur Kamalın "Büdcə (pul yığmaq -red.) kimdədir, sizdə, yoxsa xanımınızda?" sualına sənətçi "Bizdə büdcə yalnız kişidə olur. Məndədir, oğullarım Kənan və Tərlandadır.
Xanım isə ev işləri ilə məşğul olur. Heç bizdə o qədər də pul yoxdur. Babam, atam, dayılarım və əmilərimdə də pul hər zaman onların özündə olub" cavabını verib.
Rəşad Əliyev, Bizim.Media