Əməkdar artist Rəhilə Bəndəliyevanın xalası Mülayim xanım ailə qurmaq üçün efirə çıxıb.
Bizim.Media xəbər verir ki, bunun üçün “Elgizlə izlə” ictimai-sosial verilişə pənah gətirən qadın həyat yoldaşının vəfat etdiyini bildirərək yenidən ailə qurmaq istədiyi bildirib.
Proqramın gedişatında R.Bəndəliyeva canlı yayıma zəng edərək, xalasının ərinin dünyasını dəyişməsindən bir il keçmədiyini vurğulayıb:
“Xalamın yoldaşının əri yeni rəhmətə gedib. Heç ili çıxmayıb. Heç olmasa ərinin ili çıxardı. Hamı onu qınayacaq. Həyat onundur, yəqin tənhalığı sevmir. Allah xeyir versin”.
Xalası isə Əməkdar artistin bu sözlərinə “Həyat yoldaşım son gününə qədər yanımda olub, ayrı yaşamamışıq. Tək qala bilmirəm. Oğlum öz həyat yoldaşı ilə kefdədir” fikirlərini ifadə edib.
Bundan sonra Rəhilə Bəndəliyeva “16 nəvən var, birini götür yanında saxla” sözlərini dilə gətirib.
- A-
- A
- A+
Şoutaym
13:04 / 05.04.2023
Əməkdar artistin xalası yenidən ərə getmək üçün EFİRƏ ÇIXDI - VİDEO
Hazırda oxunan: Əməkdar artistin xalası yenidən ərə getmək üçün EFİRƏ ÇIXDI - VİDEO
Hazırda oxunan: Əməkdar artistin xalası yenidən ərə getmək üçün EFİRƏ ÇIXDI - VİDEO
129035
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.