Ukraynanın Əməkdar artisti Svetlana Loboda Rusiyadaki müğənnilik fəaliyyətinə son qoyduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi jurnalist Dinara Satjanın “YouTube” kanalına verdiyi müsahibədə bildirib.
“Çox xoşbəxt insan idim və hər şey yaxşı idi. Rusiyadakı karyeramın zirvəsi idi. Mən gələcəyim üçün karyeramı qurmağa çalışdım, sonra hər şey bitdi”.
Qeyd edək ki, xüsusi əməliyyat başlayandan sonra Loboda Rusiyanı tərk edərək Ukraynaya dəstək verib.
Müğənni övladları ilə birlikdə hazırda yaşadığı Latviyaya yollanıb. Orada pop ulduz, Ukraynadan olan qaçqınlara kömək edir.
Svetlana Ukraynanı çox sevdiyini bildirib: “Çünki mənim ölkəmdir. Valideynlərim məni belə böyüdüb, şərəfli insanam”.
Rusiyalı pərəstişkarları onu ölkədən getdiyinə görə qınayıblar. Həmyerliləri də onu çıxışları zamanı rus dilində mahnı ifa etməsini tənqid ediblər. Lakin müğənni tənqidlərə öyrləşdiyini söyləyib:
“Həyatımda həmişə nifrət olub, buna öyrəşmişəm. Olduqca radikal insanam, yumşaq ağ pişik deyiləm. Bunu hamı görür, hamı başa düşür. Güclü insanlara qarşı hər zaman iddialar olacaq.
Xatırladaq ki, xüsusi hərbi əməliyyatlar başlayandan sonra xəbər yayılıb ki, guya Loboda Ukrayna vətəndaşlığından imtina edərək Malta vətəndaşlığını qəbul edib. Lakin müğənni bunu təkzib edib.
Svetlana heç vaxt Rusiyaya qayıtmayacağını bildirib. Keçən ilin aprelində media 50 il ərzində Rusiyaya girişi qadağan edilmiş ukraynalı sənətçilərin siyahısını dərc edilib. Bu siyahıya Svetlana Lobodanın da adı daxil edilib.
Rəşad Əliyev, Bizim.Media