Aysel: "Qayınana ilə yaşamaqdan gözəl nə ola bilər?" - VİDEO 

Hazırda oxunan: Aysel: "Qayınana ilə yaşamaqdan gözəl nə ola bilər?" - VİDEO 

128476

"Deyirlər ki, hamı öz yarını tapdı, evləndi amma sən qaldın. Yəgin seçim edirsən... Cavab verirəm ki, hər zaman ürəyimin səsinə qulaq asmaq istəyirəm. Məntiqlə ailə qurmaq istəmirəm. Ürəyimdə çırpıntı olsun... Ürəyimin səsi ilə ailə qurmaq istəyirəm".  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "MTV maqazin" verilişinə müsahibəsində deyib.  

Sənətçi bildirib ki, mübasibətlərdə qısqanclığı sevmir:

"Evlənmək qismətə bağlı məsələdir. Biz nə istəsək də, nə axtarsaq da, kim bizi axtarsa da, nə olursa olsun, insan gec və ya tez qismətində olan şəxslə üz-üzə gəlir və bir-birini tapırlar. Həddindən artıq qısqanclığı sevən bir xanım deyiləm.

Əgər söhbət qarşılıqlı münasibətdən gedirsə, etibar, hörmət varsa, orada qısqanclıq artıqdır. Qısqanclıq isə yaxşı bir şey deyil və nəticəsi də heç bir zaman yaxşı olmur”. 

 Ayselin sözlərinə görə, "ər-arvad" arasında hörmət və dəyər olduğunda ailədə problem də olmur:

"Düşünürəm ki, xanım qarşısındakı bəyi bezdirməməlidir. Bəy də xanımından aldığı dəyəri və bu nüansı nəzərə alaraq, eyni hörməti ona verməli, bəsləməlidir. Hörmət olduğu zaman isə problemlər yaranmır. Əgər daxilində vicdan, Allah sevgisi, insanlıq deyilən bir məfhum yoxdursa, amma görünüşün gözəldirsə, o görünüş boşdur.
Gözəl görünüşə aldanmaq lazım deyil. Əsas ürəkdən sevdiyin insan olsun. Yəni, səni başa düşən və həyatını bölüşə biləcəyin insan. Ən önəmlisi budur".  

"Ailə qurandan sonra qayınana ilə yaşayarsan?" sualına A.Əlizadənin cavabı müsbət olub:

"Qayınana ilə yaşamaqdan gözəl nə ola bilər?! Səni başa düşən, sevən və ana kimi sənə yanaşan bir insandırsa, niyə də onunla birgə yaşamayasan?! Məsələn, hansısa bir işi çatdırmayanda sənin yanında ola bilər, əl tutar.
Övladın gəlib dünyaya, nənədən və öz doğmandan başqa uşağını başqa bir insana etibar edə bilmərsən. Şəxsən öz övladımı dayəyə etibar etmərəm. Öz doğmam, anam və ya qayınanam baxmalıdır övladıma".  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin