Ben Afflek: “Məni cəzalandırmaq lazım deyil" - FOTO 

Hazırda oxunan: Ben Afflek: “Məni cəzalandırmaq lazım deyil" - FOTO 

128390

Dünya şöhrətli kinoulduz Ben Afflek “The Jimmy Kimmel Show” proqramında etirafları ilə gündəmə gəlib.   

Bizim.Media xəbər verir ki, aktyor tez-tez kədərlənməsini və hadisələrə əsəbi reaksiyasını "ümumi yanlış təsəvvür" adlandırıb.

“Rahat olanda çox bədbəxt bir üzüm olur. Allah məni belə yaradıb. Buna görə məni cəzalandırmaq lazım deyil”, - deyə Ben vurğulayıb.  

Onun sözlərinə görə, o, tez-tez "mem" lərin əsas personajına çevrildiyinin fərqindədir.

Qeyd edək ki, fevralın əvvəlində izləyicilər “Grammy” mükafatlandırma mərasimində Afflekin əhvalının olmaması sosial şəbəkədə müzakirə predmetinə çevrilib. Aktyor mərasimdən əvvəl, tamaşaçılar yenicə salona toplaşarkən kədərli olub. Rəqslər zamanı da Benin bədbin əhvalı üzünə yansıyıb.   

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin