Keçmiş həyat yoldaşı dünya şöhrətli Şakira ilə yaşadığı qalmaqal ispaniyalı futbolçu Jerar Pikenin reputasiyasına zərbə vurub.
İdmançının bəzi pərəstişkarları internetdə xəyanət xəbəri çıxandan sonra ondan məyus olmuşdular. İndi isə Pikenin hətta ən xırda davranışı belə sərt tənqidlərə məruz qalır.
Bizim.Media xəbər verir ki, ötən gün futbolçunun böyük oğlu Milanı 90 min insanın qarşısında sərt şəkildə danladığı görüntüləri sosial şəbəkələrə yayılıb.
Kadrlarda ata varisə qışqırır və övladına danışmağa belə imkan vermir.
Bu hadisə Pikenin kiçik oğlu Saşanı mağazada unutmasından bir neçə saat sonra baş verib. Şakira ağır xəstə anası ilə xəstəxanada olarkən, Jerar uşaqlarla vaxt keçirib, Barselonanın mərkəzini gəzib.
Lakin o, maşına əyləşəndə məlum olub ki, avtomobildə yalnız Milan var. Xoşbəxtlikdən kiçik övladı bu arada atasını və qardaşını özü axtarıb və onları tapmağa nail olub.
Rəşad Əliyev, Bizim.Media