\"Xəzər\"in efirinə gətirilən pələng qonaqları QORXUTDU - VİDEO

Hazırda oxunan: \"Xəzər\"in efirinə gətirilən pələng qonaqları QORXUTDU - VİDEO

128120

"Xəzər" TV-nin efirində həyəcan və heyrət doğuran anlar yaşanıb.  

Bizim.Media xəbər verir ki, bu dəfə "Xəzər axşamı" verilişinin qonaqları Bakı Dövlət Sirkinin əməkdaşları olub.  

Aparıcılar onlarla ünsiyyət qurduqdan sonra proqramın canlı efirinə ağ Benqal pələngi gətirilib.  

Studiyaya təlimçi ilə daxil olan pələngi görən Əməkdar artist Elza Seyidcahan qorxduğundan oturduğu kürsüdən ayağa qalxaraq, kulis arxasına keçib. Verilişin aparıcısı Mətanət Əliverdiyeva isə heyvanla təmas etmək üçün ona sarı gedib və yanında oturub.  

Bunu görən pələng ayağa qalxaraq hürküb və özünü qeyri-adekvat aparmağa başlayıb.

Proqramın digər aparıcısı İslam Mehrəliyev pələngin bu hərəkətlərindən qorxduğunu bildirib və studiyanın kənarına çəkilib.  

Həmin anlar verilişin canlı efirində yayımlanıb.  

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin