Türkiyənin 77 yaşlı superstarı Ajda Pekkan açıqlaması ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, “2-ci sayfa” verilişinə müsahibə verən sənətçi altı dəfə abort etdirdiyini etiraf edib.
MÖVZU İLƏ BAĞLI:
Ajda Pekkan bu hərəkətinə görə ittiham olunur - FOTO
Aparıcının “Kaş ki, evliliyin olsaydı, 30-40 il davam etsəydi?" sualına Pekkanın reaksiyası belə olub:
“Heç bir evlilik 30-40 il davam etmir. Pişiklərlə təsəlli verməyə çalışdım. 6 dəfə uşağım olub, amma istəməmişəm. Öz həyatımı çətinliklə təmin etdim, ayaq üstə güclə dura bildim.
Səhnədəki şöhrəti, evdəki pijamalı və başmaqlı halını kişilər istəmirlər. Onu səhnədəki kimi görmək istəyir. Mən isə hər dəqiqə səhnədə olduğum kimi ola bilmərəm”.