"Bəxt üzüyü"nün Moşusu: "Yeni vəzifəmlə bağlı Bakıdan köçmüşəm" - ÖZƏL

Hazırda oxunan: "Bəxt üzüyü"nün Moşusu: "Yeni vəzifəmlə bağlı Bakıdan köçmüşəm" - ÖZƏL

128029

Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb. 

Bununla bağlı 79 yaşlı sənətkar Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

V.Kərimov bildirib ki, o, Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışacaq. 

“Artıq bir aya yaxındır ki, işimin başındayam. Əli Əmirlinin  "Varlı qadın" tamaşasını hazırlayıb təhvil vermişəm, premyeramız da baş tutub. Bununla yanaşı hazırda yeni tamaşalar üzərində çalışıram". 

"Bakı-Mingəçevir kifayət qədər uzaq məsafədədir. Hər dəfə bu qədər yolu gət etmək sizə problem yaratmayacaq?" sualına sənətkarın cavabı belə olub: 

"İşimdən zövq alıram. Təki iş olsun. Bekarçılıqdan daha yaxşıdır. Artıq Mingəçevirə köçmüşəm. Vaxt aşırı ailəmi görmək üçün Bakıya gəlib-gedəcəyəm. Bir iki gündən sonra yenə Mingəçevirə yollanacağam". 

Qeyd edək ki, bir müddət əvvəl Valeh Kərimov müsahibələrində yaradıcılığında heç bir yenilik olmadığını bildirərək, işsizlikdən şikayətlənib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin