Vüsalə "parkovşik"lərdən ŞİKAYƏTLƏNDİ: "Bir yox, beş manat istəyirlər" - VİDEO

Hazırda oxunan: Vüsalə "parkovşik"lərdən ŞİKAYƏTLƏNDİ: "Bir yox, beş manat istəyirlər" - VİDEO

127915

Aparıcı Vüsalə Əlizadə "parkovşik"lərdən (avtomobilin parklanma ərazisində park xidməti göstərənlər) şikayətlənib. 

Bizim.Media xəbər verir ki, televiziya ulduzu bu haqda aparıcısı olduğu "7 canlı" axşam şousunda danışıb.  

V.Əlizadə bildirib ki, avtomobilini hər dəfə paytaxtın müxtəlif küçələrində saxlamaq məcburiyyətində qalanda "parkovşik"lər ondan bir, hətta beş manata kimi pul tələb edirlər:  

"Bu məsələ haqda aparıcı kimi yox, bir vətəndaş kimi mövqeyimi bildirmək istəyirəm. Eyni zamanda istəmirəm bunu kimsə pis tərəfə yozsun, çünki biz də sözümüzü deyə bilərik. Ən azından da bu səlahiyətimiz var ki, canlı efirdəyik. Düşünürəm ki, nə zamansa, bunun bir çarəsi olacaq. Çünki şəhərimizdə parklama dəhşətli dərəcədə çox pis vəziyyətdədir.  

Mən də bir sürücü olaraq şikayətimi bildirmiş oldum. Hara gediriksə, parklanma ilə bağlı əziyyət çəkirik. Avtomobilimizi park etmək üçün yer tapsaq da, qanunsuz park xidməti göstərənlər bizə problemlər yaradırlar.  
Bu gün özüm çətin vəziyyətlə qarşılaşmışam. Şoka düşürəm ki, hər gün bu insana (park xidməti göstərən - red.) bir manatdan başlayaraq ödəniş edirəm. Amma görürsən ki, narazıçılığını bildirir və beş manat istəyir. Bu nə deməkdir? Belə çıxır ki, qazandığımı park xidmətinə verməliyəm? Nə var ki, hansısa gözəllik salonunun və ya hansısa mağazanın qarşısında dayanmışam. Bir sözlə, bu məsələ ilə bağlı vəziyyət acınacaqlıdır".  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin