“Xərçəng xəstəliyinin adını bir dəfə eşitmişdim. Bu prosesləri heç bilmirəm, necə keçirdim. Anam xərçəngdən müalicə olduğu dövrdə kimyaterapiyalar alırdı. İlk dəfə onun saçını gecə saatlarında mən daradım. Əlimə çoxlu saç gəldi. Bunu gördüm, ağrıdan ürəyim partlayırdı. Onun tökülən saçlarını əlimə yığım cibimə qoydum və anamdan gizlətdim. Ayağa qalxıb evdən çıxıb getdim. Avtomobilimə əyləşib, özüm-özümlə danışıb, ağladım”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni aparıcı və prodüser Tarix Əliyevin (Tolik) “YouTube”da yayımlanan “Səmimi” verilişində qonaq olarkən deyib.
Xərçəngdən anasını itirən sənətçi bu xəstəliyin valideynindən ona yadigar qaldığını söyləyib:
“Ağır dönəmlərimi onda keçirdim. Xəstəliyimin nə olduğunu biləndə artıq hazır idim. Hamı söyləyirdi ki, həkimə tez get, zamanında xəstəliyinin üstünə düş. Deyirdim ki, xərçəng anamın mənə yadigarıdır. Anama hər zaman deyirdim ki, sənin həyatını yaşayıram. Çünki anamın çox əziyyətli həyatı olub. Kişi kimi olmağa həyat məni məcbur edib. Arzularım yox idi. Anam dünyasını dəyişəndən sonra deyirdim ki, arzularım bitdi. Amma bu xərçəngə tutulandan sonra bu xəstəlik mənə arzu verdi. Yaşamaq arzusu... Xərçəngin adı belə insana bəsdir. Xəstəliyin hansı mərhələdə olduğunun heç bir önəmi yoxdur. Bunun adı xərçəngdir. Dünyam dağılmışdı.
Müalicə üçün İstanbula getdim. Atam zəng vurdu ki, vəziyyətimi öyrənsin. Göz yaşı içində ona yaxşı olduğumu və qadın xəstəliyi olduğunu söylədim. Amma ürəyim paralanırdı. İstəmədim xəstəliyimi bildirəm. Çünki evdə o qədər güclüyəm ki, yıxılsam elə bilərəm onlar da yıxılar. Amma zamanla atam hər şeyi bildi”.
Xərçəngdən sağaldıqdan sonra Z.Həsəni anasının məzarını ziyarət etdiyini söyləyərək, proqramda kövrəlib:
“Zaman keçdi. Təkbaşına anamın məzarını ziyarət etməyə getdim. Məzar başında dik durub söylədim ki, bir qadın kimi xoşbəxt olmağı mənə öyrədə bilmədin. Amma güclü olmağı öyrətdin. Demişdim ki, məzarına gəlinklə gələrəm, amma mən sağalıb, yanına gəldim. Sənin keçə bilmədiyin mərhələlərdən keçdim və sağaldım”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
18:00 / 29.03.2023
Zeynəb Həsəni: “Xərçəng xəstəliyi anamın mənə yadigarıdır” - VİDEO
Hazırda oxunan: Zeynəb Həsəni: “Xərçəng xəstəliyi anamın mənə yadigarıdır” - VİDEO
Hazırda oxunan: Zeynəb Həsəni: “Xərçəng xəstəliyi anamın mənə yadigarıdır” - VİDEO
127881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.