Xalq artisti Brilliant Dadaşova idmançı oğlu Cahadın ailə qurması ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Səhərin səsi” verilişində danışıb.
“Necə qaynana olacaqsınız?” sualına Dadaşovanın cavabı belə olub:
“Çox yaxşı qaynana olacağam. İnsan əzizlərinə necə münasibət bəsləyirsə, eləcə də digər insana bu münasibəti göstərir. Çox istəyirəm ki, oğlum mənimlə bir yerdə yaşasın. Amma buna qarşıdır, heç zaman razı olmaz. Deyir ki, necə ola bilər ki, yan otaqda atamla-anam yatsın, digər yan otaqda isə mən xanımımla. Bunu təsəvvür edə bilmir”.
Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:13 / 29.03.2023
Brilliant: “Oğlum evlənəndən sonra mənimlə yox, tək yaşamaq istəyir” - VİDEO
Hazırda oxunan: Brilliant: “Oğlum evlənəndən sonra mənimlə yox, tək yaşamaq istəyir” - VİDEO
Hazırda oxunan: Brilliant: “Oğlum evlənəndən sonra mənimlə yox, tək yaşamaq istəyir” - VİDEO
127766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.