Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva Noruz tətilində Şri-Lankaya yollanıb.
Bizim.Media xəbər verir ki, çay plantasiyalarında çəkiliş edən Aynişan qorxu dolu anlar yaşayıb.
Belə ki, zəlilər bloqerin üstünə hücüm ediblər. Bunu görən Quliyeva plantasiyada çayın yarpaqlarını yığan xanım işçinin belinə çıxıb.
Daha sonra isə zəliləri bədənindən təmizləmək üçün Aynişan işçilərdən yardım istəyib.
Həmin anları A.Quliyeva sosial şəbəkə hesabında izləyicilərlə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media