Nigar ƏSƏBİLƏŞDİ: “Sosial şəbəkədə sənətkarları deyil, yarıçılpaqları paylaşırsınız” - VİDEO

Hazırda oxunan: Nigar ƏSƏBİLƏŞDİ: “Sosial şəbəkədə sənətkarları deyil, yarıçılpaqları paylaşırsınız” - VİDEO

127585

Əməkdar artist Nigar Şabanova televiziya aparıcılarını tənqid edib. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında media əhli ilə bağlı videoaçıqlama paylaşıb.  

Nigar bildirib ki, televiziya aparıcıları verilişlərinə dəvət edən müğənnilərə sual ünvanlasalar da, cavabını da elə özləri verirlər. 

“Əziz televiziya aparıcıları… Xüsusi ilə jurnalistikanı bitirmiş teleaparıcılara səslənirəm… Sizə və özümə sonsuz hörmətim var. Biraz acı danışacağam. Verilişlərinizə dəfələrlə dəvət edirsiniz. Sonda isə vaxt tapıb gəlirik. Buna görə sizə sonsuz təşəkkürümü bildirirəm. Amma bizim də gəlişimizə hörmətlə yanaşın. Çünki başım bir neçə dəfə bəlanı çəkib.
Sual verilib, yerimə cavab verilib və adımdan yazılıb. Əgər qonağa sual verirsinizsə, səbrli olun. Onsuz da danışmaq sizin üçündür.  Gözləyin cavabını verək. Deyiləcək sözlərimiz çoxdur. Biz danışa bilirik. Necə siz yana-yana müğənnilərdən danışırsınız, müğənnilərin də media işçilərinə sözü var”. 

Şabanova sosial şəbəkədə sənətkarları deyil, açıq-saçıqlığı təbliğ edənləri də sözləri ilə “yerdən yerə vurub”: 

“Sənəti ucuzlaşdırırsınız. Cılızları da yüksəldən media və telekanallardır. Sənətkarları da, insanları da həm ucaldan, həm də alçaldan mediadır. Gəlin hər şeyi sənət adamlarının boynuna atmayın. İraq-iraq yaxşı jurnalistlərdən. Amma onlar kənara çəkiliblər. Ona görə də sənətdə və mediada cılızlıq baş alıb gedir.

Gəlin bir-birimizi görəndə  bastalayıb ondan yuxarı özümüzü qaldırmağa çalışmayaq. Bu, bizə yaraşmaz. İnsanları gözdən salan özümüzük. İstər media, istər sənət olsun. Yorulmadıq dava-dalaşdan? Media işçisi müğənnini görür müğənnidən danışır və ya əksinə. Bu yaxşı bir şey deyil. Çünki hər birimizdə qüsur var.
Sosial şəbəkədə sənətkarları gözümüz görmür. Amma yarıçılpaqları o qədər gözəl paylaşırsınız ki,…

Sənəti olmayanları paylaşırsınız. Sənətkarlarla işiniz olmasın. Niyə bir-birimizi pisləməkdən doymuruq? İnsana çox acı gəlir.

Öləndə də, öldürəndə də günah var. Bu gün pislərin ucalmağında bizim də, medianın da günahı var. Amma bu sözlərim hamıya şamil deyil. Gəlin bir-birimizə nifrət etməyək, bir-birimizin gözündən düşməyək. Qoy yaxşıları Allah qorusun!”. 
 

Rəşad Əliyev,  Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin